Aktrisa: "Nəvəmin çəkdiyi acıları gördükcə ürəyim yanır" FOTO
Xəbər verdiyimiz kimi, əməkdar artist Mehriban Xanlarovanın qızının övladı üstünə qaynar su tökülərək yanıb. SİA-nın məlumatına görə, aktrisa uşağın durumunda heç bir irəliləyişin olmadığını bildirib: “Bilirəm, nəvəmin səhhəti ilə əlaqədar narahatsınız. Amma heç bir irəliləyiş yoxdur. Nəvəmin ağrı, acılar çəkdiyini gördükcə ürəyim yanır. Allahıma sığınmışam. Namaz qılanda Allahıma sual verirəm ki, bacım Sevdadan mənə çəkdirdiyin əzablar bəs deyildimi, indi nəvəm Sevdadan mənə əzab çəkdirirsən. Qurban olum onun məsləhətinə. Özü nəvəmin körpə canına rəhm eləsin. Dualarınızı bizdən əsirgəməyin”.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB