Rejissordan xalq artistinə sürpriz
Tanınmış rejissor Nail Naiboğlu xalq artisti İlhamə Quliyevaya sürpriz hazırlayır. Rejissorun SİA-ya verdiyi məlumata görə, hazırda Türkiyədə olan İlhamə xanim Quliyeva bu sürpirizdən xəbərsizdir.

Azərbaycanın və Dağıstanın xalq artisti üçün hazırlanan sürpriz Hail Naiboğlu tərəfindən ona çəkilən klip çarxıdır. Nail İlhamə xanımın 10 il əvvəl ifa etdiyi, hələ də sevilən, dillərdə gəzən sözləri və musiqisi Xanim İsmayıl qizina aid olan "Unut məni" adlı mahnısına klip çarxı hazırlayıb.

Çarxda Nail İlhamə xanim üçün çəkdiyi digər kliplərin görüntülərindən istifadə edib: "Bu cür klip çarxları dünyanın digər ulduzları üçün də çəkilib. Dünya şou-biznesində bu təcrübə çoxdan sınaqdan keçsə də, bizim yerli şou dünyasinda bu addım yenidir. Belə ki, dünya ulduzlarından - Maykl Cekson, Madonna, Tarkan, Alla Puqaçova və digər məşhurların köhnə kliplərindən ibarət görüntülərdən klip çarxları yığılıb".

Görünür bizim yerli şou biznesdə bu ənənəni Nail Naiboğlu davam etdirmək fikrindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə