Stilist:"Aparıcılar efirdə küçə sözlərindən istifadə edirlər" MÜSAHİBƏ+FOTOLAR+VİDEO

Stilist:"Aparıcılar efirdə küçə sözlərindən istifadə edirlər" MÜSAHİBƏ+FOTOLAR+VİDEO

Stilist Samiraldonun müsahibəsini SİA-nın oxucularına təqdim edirik:

- Xeyli müddətdir efirlərdən uzaqsınız. Buna səbəb nədir?

- Hər zaman Azərbaycan kanallarının ən reytinqli verilişlərində qonaq olmuşam. Ancaq hazırda proqramlardan dəvət gələndə getmirəm. Çünki məni efirə dəvət edib, təhqir edirlər. Şərəf və ləyaqətimi alçaldırlar. Bundan da başqa bir neçə kanal mənə efir qadağası qoyub. Xüsusi ilə qeyd edim ki, heç vaxt verilişlərdə özümü səviyyəsiz kimi aparmamışam. Hər zaman efirdə mədəniyyətimi qorumuşam. Amma indi televiziyada yayımlanan bir neçə proqramların aparıcılarının nitqinə qulaq asanda əsəbiləşirəm. Efirdə küçə sözlərindən istifadə edirlər.

- Sizi sosial şəbəkələrdə də təhqir edənlər çoxdur...

- Bəli, məni sosial şəbəkələrdə çox təhqir edirlər. Elə sözlər yazırlar ki, stress keçirdirəm. İnsanın şəxsiyyətini bu qədər aşağılamaq olar? Məni söyən insanların şərhlərini oxuyanda Azərbaycandan getmək istəyirəm. Amma öz Vətənimi sevirəm deyə ölkəni tərk etmirəm. Azərbaycanın hər qarış torpağına qurban olum. Mən buranın çörəyini yeyib, nəfəs alıram.

- Həmkarınız Anar Ağakişiyevanın bir müddət bundan öncə söylədiyi "Samiraldonun stilist olaraq incəsənət ailəmində yeri yoxdur. O, sirkdə işləməlidir" sözləri ilə razısınız?

- Doğrudur, artıq stilist olaraq fəaliyyət göstərmirəm. Amma mən bu sənətə 1996-cı ildən gəlmişəm. Bir çox layihələrə imza atmışam. Mən stilist olaraq sənətimə canımı qoymuşam. Bir çox indi məşhur olan müğənniləri pulsuz bəzəyib, tamaşaçılara təqdim etmişəm. Onda Anar harda idi? Peşəkar olmayan "stilist" mənim haqqımda necə danışa bilər? Anarın ünvanıma dediyi sözlərə gülürəm. O, anlamır ki, xanımların üzünə vedrə-vedrə makiyaj vurmaq olmaz. Ay tula, sən kimsən ki, Allahın verdiyi cizgiləri dəyişəsən? Türkiyə kanallarına pul ödəyib, özünü reklam edirsən. Məşhur dünya ulduzlarının da stilistləri var. Onda onlar hər gün efirlərdə olub, sənin kimi özlərini reklam etsinlər?

- Bildiyimizə görə, bir neçə gün bundan öncə Türkiyəyə səfər etmişdiniz. Qardaş ölkəyə getməyinizə səbəb nədir?

-Türkiyəyə üz tutmağıma səbəb böyük layihəyə imza atmağımdır. Oradan mənə məşhur şirkət tərəfin filmdə rol almağım üçün təklif gəlib. Mən də müqavilə imzalamaq üçün İstanbula yollandım. Çəkiləcəyim ekran işi komediya janrdındadır. Bu haqda ətraflı informasiya verə bilməyəcəm. Çünki düşmənlərim çoxdur.

- Yaxın günlərdə Azərbaycanda sizə filmlərin birində çəkilməyiniz üçün dəvət ediblər?

- Bəli, Azərbaycanda filmə çəkilməyim üçün təklif etmişdilər. Lakin Türkiyədə böyük layihəyə imza atdığıma görə həmin təklifi qəbul etmədim. Bundan başqa Fransadan iş təklifi gəlmişdi. Həmin iş təklifinə də "rədd" cavabı verdim.

- Türkiyədə olarkən restoranların birində lentə aldırdığınız video sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub. Belə görüntləri paylaşaraq, bu cür gündəmdə qalmağı düşünürsünüz?

- Mən hər zaman gündəmdə olmuşam. Sadəcə olaraq, pozitiv insanam. Ağlamağı yox, gülməyi xoşlayıram. Harada olmağımdan asılı olmayaraq, içimdəki enerjini gizlədə bilmirəm. Onu da deyim ki, İstanbulda insanların həyata baxışı başqadır. Orada heç kim məni təhqir etmir. Mənə çox hörmətlə yanaşıb, şəkil çəkdirirdilər. Bu da mənə xoş oldu. Mənə belə münasibət göstərdiklərinə görə sevindim".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə