"Azərbaycan Gözəli-2018"-in final gecəsinin tarixi məlum olub AÇIQLAMA

"Azərbaycan Gözəli-2018"-in final gecəsinin tarixi məlum olub AÇIQLAMA

"Azərbaycan Gözəli-2018"-in final gecəsinin tarixi məlum olub. Təşkilat komitəsindən SİA-ya açıqlama verən "Azərbaycan Gözəli-2018"-in finalı ilə "Şou Prodakşn"-nın (Show Production-nun) 5 illik möhtəşəm yubley gecəsi eyni gündə, eyni məkanda təşkil olunacaq.

Bildirilib ki, gecədə "Azərbaycan Gözəli -2018" -in qalibləri məlum olacaq, brend geyim markası ilə defilə və şou baş tutacaq. Türkiyədən özəl olaraq yubley tədbirinə qonaqlar qatılacaq. Səhnəmizin ulduzlarının iştirakı ilə konsert proqramı baş tutacaq. 5 il ərzində "Şou Prodakşn" (Show Production) ilə əməkdaşlıq edənlərə xüsusi mükafatlar və hədiyələr təqdim olunacaq. Gecədə iştirak yalnız dəvətnamə ilə olacaq.

Qeyd edək ki, tədbir 7 fevral 2018-ci il, saat 18:00-da olacaq. Layihənin informasiya dəstəyi "Səs İnformasiya Agentiliyi"nə məxsusdur.
Əlaqə: +994 559828012 @showproduction @pullman_baku

Bütün xəbərlər Facebook səhifəmizdə