Toyların olmamasından gileylənən sənətçilər siyahısına müğənni Xatun da qoşulub. SİA-nın məlumatına görə, toysuzluqdan əziyyət çəkən ifaçının prodüseri "İnstagram" səhifəsində toy qiymətlərində endirim etdiklərini bildirib: "Hər biznesdə müəyyən vaxtlarda endirimlər olur. Amma nədənsə, toy biznesində rast gəlinmirdi. Axır ki, bunu ilk dəfə Xatun Əliyeva etdi. Bunu bəzi müğənnilər yaxşı qarşılamasa da, bizi bu yerlərə gətirən, dolandıran xalq bəyənəcək”.

Xatun da sosial şəbəkədə prodüserinin sözlərini təsdiq edib və bu sözləri yazıb: "Yanvar və fevralda xınalarda, bütöv toy, yarım saatlıq çıxışda, ölkədən kənarda olan toylara endirim edirik. Həm xanımlardan, həm də bəylərdən ibarət pozitiv ansamblımla xoş günlərinizi mənə və komandama etibar edin. Bəyənməsəniz pulunuzu geri qaytaracam. Xatun dedi və etdi”.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB