"O səs Türkiyə" yarışmasınin ikinci turundan növbəti buraxılışı yayımlanıb. SİA-nın məlumatına görə, Hadisənin komandasında olan həmyerlimiz Ozan Əhmədov Çingiz Kurtoğlunun repertuarından "Duyanlara Duymayanlara" mahnısını səsləndirib.
Onun ifası hər kəsin xoşuna gəlib. Tamaşaçılar ondan bəstəni yenidən oxumasını istəyiblər.
Hadisə ifaçının mahnını ürəkdən oxumasının və gözlərinin dolmasının səbəbini soruşub.
Ozan da ağlayaraq bildirib ki, illərdir sevdiyi qızın bu yaxınlarda toyu olacaq: "İllər öncə bir qızı sevmişəm. 10 ildir görmürəm. Adı Nərminə idi. Yaxında toyu olacaq. Mən onu hələ də qəlbimdə sevirəm".
Həmyerlimizin hekayəsi Hadisəni şoka salıb və o, növbəti tura Ozanla davam etmək istədiyini söyləyib.
Əhmədov tamaşaçıların xahişi ilə mahnını yenidən səsləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB