Aparıcı Gülnarə Məmmədova yeni doğulan körpəsini itirib. SİA-nın məlumatına görə, Gülnarə bu haqda sosial şəbəkədə yazıb: "Qızım, sən mənim həyatımda oxuduğum ən gözəl hekayəmsən. Həmişə mənimləsən, qəlbimin ən gözəl yerindəsən. Məndə doğuldun, heç batmayan günəşimsən. Sən mənə Mövlamın verdiyi, bu dünyada aldığım ən gözəl hədiyyəmsən.
Yanımda olsan da, olmasan da, bədənimdə qoyduğun və heç vaxt silinməyəcək imzamsan. Keçməyən şirin acımsan. Sən hər iki dünyada mənə lazımsan. Cənnətə birlikdə gedəcəyim açarımsan. Sən mənim canımsan, qanımsan, balımsan, yeganə qızımsan...".
G.Məmmədovanın övladı dekabrın sonlarında dünyaya gəlib və səhhətində problem olub. Körpə bir müddət xəstəxanada müalicə alsa da, onu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Gülnarə 2015-ci ildə türkiyəli iş adamı Özgürlə ailə qurub. Bu onun ikinci nikahıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB