Aparıcı: "Özümü heç vaxt bağışlamayacam" AÇIQLAMA-FOTOLAR

Aparıcı: "Özümü heç vaxt bağışlamayacam" AÇIQLAMA-FOTOLAR

Aparıcı İlahə Nizamiqızı geyimlərindən söz açıb. SİA-ya danışan aparıcı əvvəlki açıq-saçıq geyimlərinə görə peşman olduğunu bildirib: "Bildiyiniz kimi, bir müddət öncə çox açıq-saçıq geyimlərə üstünlük verirdim. Bu səhvə yol verdiyimə görə çox peşmanam. Açıq-saçıq geyindiyimə görə özümü heç vaxt bağışlamayacam. Əvvəl belə geyinərək, elə bil ki, həyatı daha yaxşı anlamırdım, yəqin cavan idim. İndi anlayıram ki, açıq-saçıq geyinmək zövqlü olmaq demək deyilmiş. Bir qadın nəqər qapalı geyinsə, bir qədər gözəl görünər".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə