Xalq artisti Faiq Ağayev verilişlərin birində qonaq olub.
SİA-nın məlumatına görə, ifaçı maraqlı etiraflar edib: "İlk dəfə 4 yaşımda öpüşmüşəm. Qohumum da bir qız var idi. Onu öpdüm və dedim ki, böyüyəndə evlənəcəyik. Amma o qızı məndən əvvəl qamarladılar. Hazırda gözəl ailəsi var".
Faiq məktəb illərindən də söz açıb: "Sinifimizdə bir partada mənimlə qız otururdu. Bir dəfə qolundakı qolbağını açıb, mənim əlimə bağladı. Bunu görən digər oğlan sinif yoldaşım mənimlə dalaşdı. O mənim burnumu, mən isə onun çənəsini sındırdım. Bəlkə də çoxlu sayda burun əməliyyatı etdirməyimin bununla bağlıdır".
Xalq artisti həmkarı Brilliant Dadaşova ilə bağlı danışıb: "Barışıq o zaman ola bilər ki, hər iki tərəf bütün neqativləri unudub, müsbətlərə köklənsin. Əgər o tərəf bunu istəsə, mən sevə-sevə barışığa razı olaram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB