Mədət Quliyev Faiq Ağayevin yubiley konsertini izlədi FOTOLAR

Mədət Quliyev Faiq Ağayevin yubiley konsertini izlədi FOTOLAR

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində xalq artisti Faiq Ağayevin səhnə fəaliyyətinin 30 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib.

SİA-nın məlumatına görə, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, mədəniyyət və incəsənət xadimləri, tanınmış ifaçılar və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə xalq artistinin həyat və fəaliyyətindən bəhs edən, yaxınlarının, sənət dostlarının onun haqqında fikirlərinin əks olunduğu videoçarx nümayiş etdirilib. Konsert proqramı Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifasında Faiq Ağayevin repertuarından mahnıların səsləndirilməsi ilə davam edib.

Daha sonra səhnəyə çıxan Faiq Ağayev ona verilən bu dəyərə görə tədbirin təşkilatçısı olan Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinə və iştirakçılara təşəkkürünü bildirib, repertuarındakı mahnılardan bir neçəsini ifa edib.

Bütün xəbərlər Facebook səhifəmizdə