2017-ci ildə şou-biznesdə baş verən ən yadda qalan hadisələr FOTOLAR
Bir neçə gündən sonra 2017-ci illə vidalaşırıq. SİA bu il şou-biznesdə baş verən və ən yadda qalan hadisələri təqdim edir:
Müğənni Tarkan - “Formula 1” oyunları çərçivəsində paytaxtımızda keçirilən konsertdə səhnəyə çıxıb.

Müğənni Murat Boz - rol aldığı “Dönerse senindir” filminin qala gecəsində iştirak edib.

Aktyor Burak Özçivit - rol aldığı “Kardeşim benim 2” filminin qalasında iştirak etmək üçün Bakıya gəlib.

Aktyor Barış Arduç və aktrisa Elçin Sanqu - “Mutlulq zamanı” filminin qala gecəsi üçün Azərbaycana təşrif buyurub.

Aktrisa Neslihan Atagül - Bakıya gəlib.

Xalq artistləri Ramiz Məliklə Məleykə Əsədova - arasında böyük olay yaşanıb. Ramiz qarşı tərəfi geyiminə görə təhqir edib. Əsədova onu məhkəməyə verərək 100 min təzminat istəyib. R.Məlik də Məleykəni məhkəməyə verərək 300 min təzminat istəyib.

Əməkdar artist Röya Ayxanla müğənni Nigar Camal - arasında Türkiyədə qatıldığı “Altın kelebek” mükafatlandırma gecəsində olay baş verib. Röya Nigarı onun paxıllığını çəkməkdə günahlandırıb.

Müğənnni İradə İbrahimova ilə əməkdar artist Röya Ayxan - savaşını unutmayaq. İradə Röyanın Türkiyədə ulduz ola bilməyəcəyini deyib. Röya isə onu “Mən danışsam səni buradan sürüyüb aparacaqlar” sözləri ilə hədələyib.

Əməkdar artistlər Aygün Bəylər və Röya Ayxan - 2017-ci ilin ən yadda qalan qalmaqallarından biri olub. "Ailə quracam" deyə, insanları aldadan Aygün Röyanın sənətinin olmadığını söyləyib.

Müğənni Təranə Qumralla Nazənin - davası bitmək bilmir ki, bilmir. Təranə məhkəmədə uduzaraq qarşı tərəfə 3500 manat təzminat ödəməlidir.

Müğənni Fədayə Laçının - həbsi ilin gözlənilməz xəbəri olub. Həbsdən qaçarkən “Qoca” ləqəbli məhkum Etibar Məmədova kömək edib. Daha sonra Fədayənin həmin məhkumla sevgili olduğu deyildi. Hazırda Fədayə Laçın həbsdədir.

Müğənni Natavan Həbibi ilə reper Dadonun - evlənməsi 2017-ci ilin ən yadda qalan hadisəsi olub. Elə onların boşanmaq istəmələri də gözlənilməz oldu. Hazırda cütlük ayrı yaşayır.

Reper Elşad Xose ilə rəqqasə Oksana Rəsulova - arasında yaşanan dava ilin səs-küylü xəbərlərindən biri olub. Belə ki, reper keçmiş arvadını döyərək, bıçaqla hədələyib. Oksana isə onu polisə şikayət edib.

Reper Anar Nağılbaz - isə intim videosu ilə gündəmə gəlib. Sənətçi əvvəlcə boşandığını deyib. Daha sonra videosu yayılıb. Sonra isə siflis xəstəsi olduğu söylənilib.

Prodüser Tarix Əliyevlə (Tolik) müğənni-bəstəkar Rəhim Rəhimlini- unutmayaq. Tolikin Rəhimə “yekəbaş” deməsi, qarşı tərəfi qıcıqlandırıb.

Əməkdar artist Abbas Bağırovun - evlənib.
.jpg)
Aparıcı-aktyor İlkin Həsəni - ATV-də çalışan Aysel adlı xanımla ailə qurub.

Aktyor Nicat Rəhimov - evlənib.

Aktyor Müşfiq Şahverdiyev - Aynurə adlı xanımla ailə qurub.

Müğənni Könül Kərimova - qızına toy edib.

Müğənni Mənzurə Musayeva - qızına vağzalı çaldırıb.

Müğənni Manaf Ağayev - oğluna toy edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB