Şou-biznesdə daha bir küsülülüyə son qoyuldu AÇIQLAMA-FOTO

Şou-biznesdə daha bir küsülülüyə son qoyuldu AÇIQLAMA-FOTO

Rejissor Nail Naiboğlu şou-biznesdə iki küsülü məşhur xanımı barışdırıb.

SİA-ya bu haqda Nailin özü açıqlama verib: "Bildiyiniz kimi, xeyli vaxt idi ki, rəqqasələr Renka və Aytən bir-biriləri ilə küsülü idilər. Mən onları layihə rəhbəri olduğum verilişin Yeni il çəkilişində barışdırdım. Hər iki rəqqasə bilirdi ki, onları verilişimə dəvət etmişəm. Amma Aytən elə bilirdi ki, Renka ilə onu eyni vaxtda çəkməyəcəm. Lakin Renkanın xəbəri var idi ki, Aytənlə eyni saatda verilişimin qonağı olacaq. Çəkiliş vaxtı onları barışdırdım. Artıq münasibətləri normaldır".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə