"Damla mənə 100 min manat pul versə, onunla oxumaram" AÇIQLAMA
Müğənni Elnar Xəlilov həmkarı Damla ilə arasını vurmaq istəyən bəzi jurnalistlərdən gileylənib. SİA-ya açıqlama verən ifaçı qaranlıq məsələlərə aydınlıq gətirməyi də unutmayıb: "Bir neçə gün bundan öncə jurnalistlərdən biri mənə sual verdi ki, "Damla xanımla duet oxuyarsınızmı?" Mən də cavab verdim ki, "Əgər Damla xanım mənə qarşı insanlıq nümayiş etdirsə, başımın tacı edərəm. Amma insanlıq olmayan yerdə 100 min manat mənə pul təklif etsə də onunla iş birliyi etmərəm". Saytların əksəriyyəti və bəzi televiziya kanalları "Damla mənə 100 min manat pul versə, onunla oxumaram" kimi tamaşaçılara təqdim ediblər. Bu sujeti efirdə və xəbər portallarında görəndə xeyli güldüm (gülür). Çünki bu şəraiti özüm yaratmışam. Onlar da ağzımdan söz tutub, belə təqdim ediblər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB