Duet ortağı ilə "eşq yaşayan" Pərvizdən AÇIQLAMA

Duet ortağı ilə "eşq yaşayan" Pərvizdən AÇIQLAMA

Bildiyiniz kimi, bir müddət öncə Damla ilə duetlər oxuyan Pərviz Bülbülə duet ortağını dəyişib. Meyxanaçı Damlanı Türkan Vəlizadə adlı ifaçı ilə əvəzləyib.

SİA-ya açıqlama verən Pərviz Türkanla eşq yaşadığı söz-söhbətinə aydınlıq gətirib: "Mən Türkan xanıma yalnız işlərində dəstəyəm. Adıçəkilən ifaçının şəxsi həyatı mənim üçün önəmli deyil. Türkan xanımla yalnız bizi işlərimiz, yəni duetlərimiz birləşdirir. Mən evli insanam. Məni evimdə ailəm gözləyir. Türkan xanımla iş birliyini edərək, çörəyimi qazanıram. Mənim eşq yaşamaq vaxtım keçib (gülür)".

Bütün xəbərlər Facebook səhifəmizdə