Azərbaycanın tanınmış müğənnisi Roza Zərgərli dekabrın 26-da Qazaxıstanın Aktau şəhərinin “Abay” sarayında solo konsert verəcək. Bu barədə SİA-ya ifaçının özü məlumat verib.
O bildirib ki, konsert Azərbaycan və Qazaxıstan respublikaları arasında diplomatik əlaqələrin qurulmasının 25 illik il dönümünə həsr olunacaq: "Saat 19:00-da başlayacaq gecədə müğənnilər Yaşar Yusub, Nicat Rəhimov, Ramil Cəfərov və “Bakı instrumental”ın musiqiçiləri iştirak edəcək. Konsertin aparıcısı Şəhriyar Əbilov və qazaxıstanlı aparıcı olacaq”.
Xatırladaq ki, konsertin təşkilatçıları Aktau şəhərinin vilayət hakimi, həmin şəhərin baş konsulluğu və Azərbaycanın Qazaxıstandakı səfiridir. Onu da əlavə edək ki, Aktau şəhərində 15000 azərbaycanlı yaşayır.
Qeyd edək ki, Qazaxıstanın digər şəhərlərində də R.Zərgərlinin konsertləri planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB