Təranə Nazəninin oğluna "cindar" dedi, məhkəməlik oldu FOTO

Təranə Nazəninin oğluna "cindar" dedi, məhkəməlik oldu FOTO

Müğənni Nazəninlə Təranə Qumral arasındakı qalmaqal səngimək bilmir. SİA-nın məlumatına görə, Təranə "İnstagram" səhifəsində Nazəninin oğlu haqda inanılmaz sözlər yazıb: “Eşitdiyimə görə, Nazənin xanımın oğlu "fəxi cindar"dır. İnsanların bədənindən cin çıxarır. Deyirəm ki, anasının bədənindəki cini çıxartsın ki, mənə baxanda cin-şeytan görməsin. Hər səhər görürəm ki, cinləri qalxıb.

Fəxi, onun canındakı cini bədənindən çıxart, qiyməti nədirsə, göndərim. Bəlkə elə biləcəksiz ki, yalan yazıram. Yox, and olsun Allaha düz deyirəm. Nazənin xanımın rəhmətlik atası kəndin mollası olub. Cinçıxartma da babadan nəvə Fəxiyə miras qalıb”.

Təranənin bu sözlərindən sonra Nazənin yenidən məhkəməyə müraciət etmək qərarına gəlib. Sənətçinin vəkili Heyrat Qarayev deyib ki, Nazənin və ailəsinin şərəf və ləyaqətini təhqir edən T.Qumralla bağlı yenidən məhkəməyə şikayət ərizəsi veriləcək.

Qeyd edək ki, Təranə ilə Nazənin arasındakı qalmaqal uzun illərdir davam edir. Nazənin onu məhkəməyə verib və qalib gəlib. Məhkəmə qərarına əsasən Təranə qarşı tərəfə 3500 manat pul ödəməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə