"Azərbaycan Gözəli-2018"-in seçim turunun tarixi məlum oldu AÇIQLAMA-FOTO
"Şou Prodakşn"-nın (Show Production-nun) layihəsi olan "Azərbaycan Gözəli-2018"-in 2-ci seçim turunun tarixi məlum olub. SİA-ya açıqlama verən təşkilatçı müsabiqə ilə bağlı danışıb: "Müsabiqəyə yeni qatılmaq istəyən xanımların xahişi ilə təşkilat komitəsi yarışma üçün ikinci seçim turunun təşkil olunmasına qərar verib. Belə ki, yaşı 16-35 arası olan Azərbaycan xanımları buyurub qeydiyyat üçün müraciət edərək 2-ci seçim turunda iştirak edə bilərlər. Qeydiyyatdan keçməyən xanımlar seçim turunda iştirak edə bilməyəcək.
23 dekabr son qeydiyyat günüdür".
Elaqe: +994 559828012 @showproduction
Seçim turunun keçiriləcəyi tarix : 27 dekabr 2017-ci il, saat 14:00.
Ünvan: Car Club Baku @car_club_baki @car_club_shisha ( Ataturk prospekti 213 219, Ayna Sultanova heykəlinin arxası)
"Şou Prodakşn"-nın (Show Production-nun) layihəsi olan "Azərbaycan Gözəli-2018" müsabiqəsinin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB