Müğənni Nazim Pişiyarinin verilişlərin birində “Mən “qıjı” mahnıları ifa edən musiqiçilər, müğənnilər üçün Kürdəmirdə məkan yaradardım, deyərdim ki, nə istəyirsiniz, burada edin, çalın, oxuyun, efirə də çıxın. Buradan kənara çıxmayın. Bakı əsl sənətkarlara qalardı” sözlərini deyib. SİA-nın məlumatına görə, onun bu sözləri böyük səs-küyə səbəb olub.
Tənqid edilən sənətçi səhvini başa düşüb və kürdəmirlilərdən üzr istəyib: “Bu, mexaniki bir səhv idi. Bunu tutub şişirtdilər. Azərbaycanın hər qarış torpağı mənim üçün vətəndir. Mən fəxr edirəm ki, azərbaycanlıyam və bu vətənin övladıyam. Azərbaycanın bir çox böyük sənətkarları məhz Kürdəmirdə dünyaya gəliblər və Azırbaycan mədəniyyətinə böyük tövhələr veriblər. Hansısa ifadəmlə kürdəmirlilərdə qıcıq oyatmışamsa, üzr istəyirəm. Mənim də Kürdəmirdə yaşayan qohumlarım var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB