Müğənni Nadir Qafarzadə şou-biznes nümayəndələrini hədələyib.
SİA-nın məlumatına görə, onlara hətta xəbərdarlıq da edib: “Bəzilərinə demək istəyirəm ki, birdən mənə qarşı çaşarsınız. Bir kəlməmlə Azərbaycandan baş götürüb getməyə məcbur olarsınız. Şou-biznes əhli, mən arxivəm, ehtiyatlı olun. Mən kəsəndə dibindən kəsmirəm, kökündən çıxarıram. Mənə el arasında “Arxiv Nadir” deyirlər, köhnələrdənəm. Artıq bir neçəsi hazırlaşsın. Çamadanlarını yığa bilər... Bəziləri özlərini kimsə saymağa başlayıblar. Sizin zibillərinizin üstü açılsa... Özünüzü yığışdırın, şou-biznes alverçiləri. Məndə “tormoz” tutmur, gəldi, açılacaq və hər şey bitəcək. O anda sizin güvəndiyiniz “daydaylar”, “əmiciklər”, “hacıleyləklər” də sizə kömək edə bilməyəcəklər. Çünki onlar da zibilə düşmək istəməzlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB