Ad günündə Zaur Kamal üçün canlı efirə kim gəldi? FOTO

Ad günündə Zaur Kamal üçün canlı efirə kim gəldi? FOTO

Ad gününü qeyd edən aparıcı Zaur Kamala verilişi vaxtı sürpriz olunub.

SİA-nın məlumatına görə, Zaurun doğum günü olduğu üçün proqrama dəvət olunmuş qonaqlar studiyaya hədiyyələrlə gəlib. Həmçinin bir çox şou-biznes nümayəndələri də aparıcıya ad günü münasibəti ilə hədiyyələr göndəriblər.

Lakin aparıcıya ən böyük sürpriz anasının studiyaya gəlməsi olub. Tortla canlı efirə qatılan anası Zauru təbrik edib və ona ən xoş arzularını çatdırıb.

Məlum olub ki, aparıcı ilə birgə anasının da doğum günüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə