Müğənni Günel Zeynalova Türkiyə musiqisinin “İmperatoru” hesab edilən İbrahim Tatlısəslə küsülülüyə son qoymaq qərarına gəlib.
SİA-nın məlumatına görə, ifaçı onu tanıtdıran müəlliminə xoş sözlər ünvanlayıb:
“İnciklik keçib gedər. Ata-qız arasında küsülülük qalmaz. Sənə minnət borcluyam. Çünki Türkiyə məni sənin sayəndə tanıdı. 1998-ci il, demək asandır, düz 20 il əvvəl. Səsindən ötrü darıxmışıq. Nəfəs aldığını bilmək kifayətdir. Həmişə yaxşı, başımızın üstündə ol. Səni dinləyərək bilmədiklərimizi öyrənirik. Səbəbsiz yerə incisək də, haqqımda gözəl sözlər söylədiyin üçün kölgən belə mənə yetər. Səni sevirəm”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB