Cəmilənin ərinin birinci arvadı başına oyun açdı

Cəmilənin ərinin birinci arvadı başına oyun açdı

Bu ilin sentyabrında Türkiyə vətəndaşı Murad Temizlə ailə quran aktrisa Cəmilə Tağızadəni ərinin birinci xanımı məhkəməyə verib.

SİA-nın məlumatına görə, aktrisa bununla bağlı sosial şəbəkədə paylaşım edib:

“Sizi heç sosial şəbəkələrdə foto paylaşdığınıza görə məhkəməyə veriblər? Məni isə hə, məhkəməyə veriblər. Özü də bilirsiniz kim? Həyat yoldaşımın keçmiş arvadı! Baxmayaraq ki, qadın həm mənim “Facebook”, həm də "İnstagram" səhifəmdə “blok”dadır və mən onunla bağlı heç bir paylaşım etməmişəm. Onun mənə yazdıqlarına rəğmən, bir dəfə də olsun cavab verməmişəm. Amma məndən şikayət edib. Sən demə, onu öz ailə şəkillərim və həyat yoldaşımla paylaşdığım fotolarla narahat etmişəm. Bizim günümüz, bax belə məhkəmələrdə keçir. Allah mənə səbr versin”.

Bütün xəbərlər Facebook səhifəmizdə