Bu gün Türk dünyasının sənət kraliçası, xalq artisti İlhamə xanım Quliyeva Türkiyəyə səfərə yola düşüb. Bu barədə SİA-ya müğənninin mətbuat katibi Faiq Ələkbərli məlumat verib. Onun sözlərinə görə, müğənni səfər çərçivəsində bir sıra vacib görüşlər keçirəcək, televiziya kanallarının qonağı olacaq.
Qeyd edək ki, müğənni Türkiyəyə İstanbulun Mədəniyyət və Kültür Mərkəzinin Xanımlar Qurumunun dəvəti ilə yola düşüb. Sənətçi oktyabrın 16-da həmin qurumun təşkil etdiyi tədbirdə Türkiyənin ən ünlü xanımları ilə görüşəcək. Həmin tədbirə Qars, Ərzurum və bir neçə başqa şəhərlərdən azəri xanımlar da dəvət olunub. Bir sözlə, həmin gecə sırf İlhamə xanıma həsr olunacaq.
İlhamə Quliyevanın Türkiyə səfəri ilə təkcə bununla bitmir. Müğənni Türkiyənin bir neçə televiziya kanalının qonağı olacaq, reytinqli verilişlərdə iştirak edəcək.
Bundan əlavə, TMB kanalının rəhbərləri Naim bəy və Nazilə xanım İlhamə xanımın repertuarından bir mahnıya hədiyyə klip çəkəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB