Populyar Azərbaycan estrada müğənnisi Elton Hüseynəliyevlə, həmkarı Samir Piriyevlə arasında davam edən soyuqluq aradan götürüldü. Bu barədə SIA-ya Eltonun özü məlumat verdi. "Space TV-də yayımlanan "Olduğu kimi" verilişində qonaq olduğu zaman Samir söyləmişdi ki, guya mən hardasa demişəm ki, Samir Türkiyə şou-biznesində mövqe tuta bilməyib. Və xərclədiyi pullar boşa gedib. Bu kökündən yalan olan bir məlumatdır. Əslində demişəm ki, müğənnilərimiz nahaq yerə xarici şou-biznesə qoşulmağa cəh edirlər. Qoy pullarını elə Azərbaycandan yaradıcılıqla məşğul olub, xərcləsinlər. Samirlə görüşdüm və fikrimi ona izah etdim. O, da işi-peşəsi ortalıqda söz gəzdirməkdən ibarət olan bəzi insanları qınadı. Artıq hər şey normaldır. Biz həmişə Samirlə qardaş olmuşuq" .
Dava etmədən barışan müğənnilərin ortaq əməkdaşlığa imza atacaqları da ehtimalı çox böyükdür. Elton dedi ki, yaxın gələcəkdə Piriyevlə duet də yazdıra bilərlər.
Dava etmədən barışan müğənnilərin ortaq əməkdaşlığa imza atacaqları da ehtimalı çox böyükdür. Elton dedi ki, yaxın gələcəkdə Piriyevlə duet də yazdıra bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB