Dado Natavana: "Məni bağışla, sən mənim ailəmsən"

Dado Natavana: "Məni bağışla, sən mənim ailəmsən"

Xəbər verdiyimiz kimi müğənni Natavan Həbibi və reper Dado Əliyev boşanır. SİA-nın məlumatına görə, reper "İnstagram" səhifəsində məsələ ilə bağlı açıqlama verib: “Heç bilmirəm son zamanlar bizdən yazılan hansı xəbərdən danışım. Ailəmizin dağılmağından, yoxsa uydurma xəbərlərdən? Mən elə kişi deyiləm ki, öz həyat prinsiplərimi pulun üzərində qurum. Adam kişi olar. Bu söhbəti yaradanlarla başqa danışarıq...

Ortada şər və böhtan var. Bəlkə kimsə özünü bu rolda görür, belə addımlara normal baxır, düşünür ki, şou-biznes insanlarıdır. Xeyir, mən o kəslərdən deyiləm. Mənim nə adım, nə də hissim satılmır. Bu nə biabırçılıqdır edirsiniz?

Ailəmə toxunmayın. Nat, olanlara görə məni bağışla, sən mənim ailəmsən. Mən sona qədər ailəmizin dağılmasına imkan verməyəcəm. Səni çox sevirəm”.

Qeyd edək ki, iyulda evlənən cütlüyün ailəsinin saxta olması ilə bağlı iddalar irəli sürülür.

Bütün xəbərlər Facebook səhifəmizdə