"Azərbaycan Gözəli-2018" in ilk seçim turu baş tutub AÇIQLAMA-FOTOLAR
"Azərbaycan Gözəli-2018"-in ilk seçim turu baş tutub. SİA-ya təşkilat komitəsindən layihə ilə bağlı açıqlama verilib: " "Şou Prodakşn" nın (Show Production-nun) layihəsi olan "Azərbaycan Gözəli" Milli Gözəllik yarışması hər il "Şou Prodakşn" tərəfindən təşkil olunur və onu deyə bilərik ki, bu yarışmaya maraq olduqca böyükdür. Bu il də yarışmanı yüksək səviyyədə təşkil etməyi qarşımıza məqsəd qoymuşuq. Yarışma iştirakçıları 16-35 arası olan Azərbaycan xanımlarıdır. Hər bir iştirakçı ölkəmizin müxtəlif bölgələrini təmsil edir yarışmada. "Azərbaycan Gözəli-2018" Milli Gözəllik yarışmasının ilk seçim turu baş tutub. Tanınmış insanlardan ibarət olan münsiflər heyətinin Səlim Abbasov, Pərviz Əzimzadə, Anar Süleymanov, Zaur Əliyev, Firəngiz Orucova, Sima Çələbi, Sami Oruc, Əfsanə Qasımova, Gülmira Fərzəliyeva, Ayşən Ağayeva, Günel Jaləli, Jamala Gafarova) qərarı və səs verməsi ilə yarımfinal mərhələsinə iyirmi iki xanım iştirakçı keçə bildi. Növbəti seçim turu isə bu ayın sonuna yaxın baş tutacaq. İkinci seçim turunda iştirak etmək istəyən xanımlar buyurub müraciət edib qeydiyyatdan keçə bilərlər. Yarımfinal mərhələsi 2018-ci ilin yanvar ayında, final gecəsi isə fevral ayında baş tutacaq".
"Azərbaycan Gözəli-2018" layihəsinin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.
İlk seçim turundan yarımfinal mərhələsinə keçən iştirakçıların adları:
Şəbnəm Əhmədli - Bakı
Şəbnəm Təhməzova - Bakı
Sevinc Niftullayeva - Sabirabad
Humay Həsənli - Qazax
Anjela Ayubova - Qusar
Mehriban Quliyeva - Bakı
Ləman Məmmədzadə - Naxçıvan
Vüsalə Cəfərova - Gəncə
Günel Bağırova - Bakı
Əzizə Əhmədova - Bakı
Günel Hüseynova - Bakı
Pərvin Cəlilova - Qaradağ
Təhminə Əhmədova - Qubadlı
Ayşən Məmmədzadə - Şərur
Türkan Həşimova - Yevlax
Fatimə Ağakişiyeva - Xızı
Zəhra Mirzəyeva - Sumqayıt
Nara Nəcəfova - Ordubad
Nərmin Dərya - Zərdab
Ahu Zeynallı - Ağdam
Nərmin Vəliyeva - Qarabağ
Əfsanə Hüseynova - Bakı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB