Leyla Ramazanlı jurnalistləri bir araya yığacaq AÇIQLAMA

Leyla Ramazanlı jurnalistləri bir araya yığacaq AÇIQLAMA

Müğənni Leyla Ramazanlı yaradıcılığında yenilik edərək, klip çəkdirib. SİA-ya bu haqda ekran işinin rejissoru Nail Naiboğlu məlumat verib: "Leyla Ramazanlıya klip çəkmişəm. Sənətçinin "Azərbaycan" adlı mahnısını ekranlaşdırmışam. Leyla klipə böyük təqdimat edəcək. Belə ki, o, yaxın günlərdə "Azərbaycan" adlı ekran işi üçün media mənsublarını başına cəm edəcək".

Qeyd edək ki, "Azərbaycan" adlı mahnının sözləri Arzu Əsədovun, musiqisi İsmayıl Əsədovundur.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə