Türkiyə xüsusi təyinatlılarından möhtəşəm Qarabağ mesajı VİDEO

Türkiyə xüsusi təyinatlılarından möhtəşəm Qarabağ mesajı VİDEO

Türkiyənin FOX telekanalında yayımlanan “Savaşçı” serialında Azərbaycan, xüsusilə Qarabağla bağlı kadrlar növbəti dəfə böyük marağa səbəb olub. SİA-nın məlumatına görə, serialın yayımlanan anonsunda görünür ki, Türkiyə xüsusi təyinatlıları bir qolunda Türkiyə, digər qolunda Azərbaycan bayrağı ilə əməliyyata hazırlaşırlar.

“Bu, qardaş olduğumuzun göstəricisidir. Türkiyə və Azərbaycan başda Qarabağ münaqişəsi olmaqla müxtəlif problemlərlə mübarizə aparır. Bu iki dövlət, bu bir millət hər zaman ayaqda duracaq və hədəflərinə çatacaqdır” - deyə, anonsda bəyan edilir.

Qeyd edək ki, serialın Azərbaycana həsr olunan bölümü sabah yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə