Rejissor Nail Naiboğlu daha bir məşhurla iş birliyinə başlayıb. SİA-ya bu haqda rejissorun özü açıqlama verib: "Müğənni Rüfət Axundovla bir araya gəlmişik. Belə ki, adıçəkilən sənətçinin "Etmə ruhumu haram" mahnısına klip çəkirəm. Klipin 2 günü çəkilib, 1 günü qalıb. Ekran işində sujet xətti var. Klip içki düşgünü insanlarla bağlıdır. Ekran işində Rüfət Axundovıa yanaşı aktyor Tahir Cəbrayılov və aparıcı İlahə Nizamiqızı rol alıb. Klip işinin çəkilişləri açıq havada və qapalı məkanlarda aparılıb".

Müəllif: Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB