Türkiyəli aktyor Burak Özçivit Bakıda keçirilən "Kardeşim benim 2" filminin qala gecəsinə qatılıb.
SİA-nın məlumatına görə, gecədə izdiham yaşanıb. Qırmızı xalça üzərindən keçən Burak Özçivit və tərəf müqabili aktisa Pınar Deniz fanatları ilə fotolar çəkdirib.
Burak Azərbaycan haqqda fikirlərini bildirib: "Bakıda üçüncü dəfədir ki, oluram. Azərbaycanı çox bəyənirəm. Bu dəfə filmdə dəyişiklik etdik. Ümid edirəm, bəyənəcəksiniz".
Burak eyni zamanda ekran işində rol alan Murat Bozun gecəyə gəlməməsinin səbəbini də açıqlayıb: "Muradın çəkilişləri olduğu üçün qala gecəyə qatıla bilmədi".
"Kardeşim benim 2" filminin qala gecəsindən olan fotoları və videoları təqdim edirik:


.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB