Son günlər xalq artisti Ramiz Məliklə adı qalmaqallarda hallanan aktrisa Məleykə Əsədova həyatda təkbaşına olduğunu bildirib. SİA-nın məlumatına görə, ifaçı tez-tez kövrəldiyini də diqqətə çatdırıb: “Allah məni və haqlı olan insanları qorusun. Bu həyat yolunda əlim hər zaman göydədi, təkbaşınayam. Üz tutub gedirəm. Çox vaxt kövrəlib, təkbaşına ağlayıb, özüm özümlə danışıram. Kim mənim haqqımda danışıb, yaxşı günümə sevinirsə, Allah onu qorusun. Kim mənim haqqımda haqsız danışırsa, pis günümü istəyirsə, onu da Allahım bilsin. Mən kiməm. Ən gözəl məhkəməm Allahdır”.
Qeyd edək ki, M.Əsədova onun ünvanına təhqirlər səsləndirən R.Məliki məhkəməyə verərək ondan 200 min manat tələb edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB