Burak Özçivit və Fahriye Evcen sabah Bakıya gəlir FOTO

Burak Özçivit və Fahriye Evcen sabah Bakıya gəlir FOTO

Türkiyəli aktyor Burak Özçivit və aktrisa xanımı Fahriye Evcen sabah Bakıya gələcək.

SİA-nın məlumatına görə, onlar "Kardeşim benim 2” filminin qala gecəsinə qatılacaqlar.

“Park Cinema Flame Towers”də baş tutacaq tədbirə biletlər əvvəlcə IMAX zalı və kokteyl partiyə giriş 200 AZN, baş qəhrəmanın oturduğu sıradan yuxarıdakı yer 400 AZN, standar zallar 50 manat və Azercell IMAX zalında ulduzlarla birgə seans 70 AZN idi. Amma biletlər satılmadığı üçün endirimlər edilib.

Kinoteatrda “Black Friday” endirim kampaniyası keçirilib. Biletlər “Qara cümə” kampaniyasına salınaraq 25 manatdan satışa çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə