Murad "O səs Türkiyə"də azərbaycanlı iştirakçı ilə eyni səhnədə VİDEO

Murad "O səs Türkiyə"də azərbaycanlı iştirakçı ilə eyni səhnədə VİDEO

“O səs Türkiyə” yarışmasının ötən gün yayımlanan bölümündə daha bir azərbaycanlı iştirak edib. SİA-nın məlumatına görə, Yunes Borumand Cənubi Azərbaycandan olduğunu, Təbrizdən gəldiyini deyib. O, xalq artisti Polad Bülbüloğlunun repertuarında yer alan məşhur “Gəl ey səhər” mahnısını səsləndirib.

Yunesin ifasına Murad Boz və Hadisə dönüb. Murad “Musiqi həyatında ən sevdiyim və dinlədiyim mahnıdır. Azərbaycanın keçmiş nazirlərindən olan Polad Bülbüloğlunun bəstəsidir. Bunu Şəbnəm Fərah da oxuyub. Azərbaycanda möhtəşəm əsərlər yaranır” deyə, bildirib.

Boz daha sonra “Gəl ey səhər” mahnısını Yuneslə duet oxuyub. Borumand sonda Muradın komandasında yarışmaya davam etmək istədiyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə