Samir Bağırovdan yeni saç düzümü -FOTO

Samir Bağırovdan yeni saç düzümü -FOTO
Ekstravaqantlığı ilə bütün həmkarlarından seçilməyə müvəffəq olan populyar Azərbaycan estrada müğənnisi Samir Bağırov, indi də qeyri-adi saç düzümü ilə pərəstişkarlarını təəccübləndirmək istəyir. SİA-ya açıqlama verən Bağırovun sözlərinə görə, o, hər zaman tamaşaçılarını təəccübləndirməyi bacarıb: "Sizin diqqətinizdən heç nə yayınmır. Əgər sizi bunu gördünüzsə, qoyun mən də açıqlayım. Ümumiyyətlə, səhnədə olduğum bu 22 ildə tamaşaçını təəccübləndirə bilməyin öhdəsindən demək olar ki, müvəffəqiyyətlə gəlmişəm. Daim fərqli imicdə məni sevən pərəstişkarlarımın zövqünü oxşamağa çalışmışam. Bu məndə çox gözəl alınır. Saçlarım xarici görünüşümə həmişə fərqli yaraşıq verib. Bəli, bu da mənim təqdim etdiyim yeni saç düzümlərimdən biridir. Stilistim və eləcə də prodüser kimi işlərimin başında dayanan yaxın dostum Samir Əliyevə dedim ki, başımın sol tərəfdən saçlarımın azca keçəl qırxsın. Samir ilk əvvəl qəti şəkildə bunun əleyhinə olsa da mənim istədiyimi yerə salmadı və saçlarımı maşinka ilə seyrəltdi. Məncə heç də pis alınmayıb. Fərqli görünmək həmişə ulduzlar üçün vacibdir".

Bütün xəbərlər Facebook səhifəmizdə