Bu gün müğənni Könül Kərimovanın ailəsində xoş an yaşanacaq. SİA-nın məlumatına görə, sənətçinin qızı Ləmanın xına mərasimi olacaq.
Şəhər restoranlarının birində baş tutacaq məclisi rəqqasə Fatimə Fətəliyeva idarə edəcək.
Xınaya şou-biznes nümayəndələri dəvət olunublar.
Qeyd edək ki, Ləman Orxan adlı şəxslə ailə qurmağa hazırlaşır. Cütlüyün toyu noyabrın 27-də olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə