Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli: “Faiq Ağayevi hadisə baş verən günü yuxumda görmüşdüm”
Azərbaycanın xalq artisti Faiq Ağayevin bıçaqlanması xəbərini eşidən kimi əsl şok yaşayan bəstəkar, əməkdar incəsənət xadimi Nailə Mirməmmədli özünə qardaş bildiyi müğənninin tezliklə ayağa qalxmasından ötrü Allaha dualar edir. SİA-ya açıqlama verən Nailə xanım hələ də onunla görüşə bilməməsindən narahatdır: "Faiq mənim üçün başqa insandır. Əziz oğlum və həyat yoldaşım Hikmət rəhmətə gedən anda ən böyük dəstəyi elə Faiqdən almışdın. Faiq Ağayevi hadisə baş verən günü yuxumda görmüşdüm. Təfərrüatı ilə danışmaq istəmirəm. Amma gərgin oyandım yuxudan. Mobil telefonuna zəng etsəm də cavab verən olmadı. Sonra qızım mənə bu hadisəni danışdı. Allah köməyi olsun. Neçə gündür xəstəxanaya gəlib, səhhəti ilə maraqlanıram. Həkimlər deyirlər ki, yaxın günlər ərzində evə buraxılacaq. Hər namaz üstə onun sağlığına qovuşması üçün saysız-hesabsız dualar edirəm. Bacısı kimi ona qulluq etməyə də hazıram. Yastığın yüngül olsun, qardaşım".
Söhbət əsnasında Nailə xanım beş il bundan əvvəl digər xalq artisti Brilliant Dadaşovanı da yuxuda gördüyü haqda məlumat verdi: "O, vaxt restoranların birində akvarium sınması nəticəsində Brilliantın zədə almasını öncədən hiss etmişdim sanki. Yuxuya yeni getmişdim və qəfildən yuxuma girdi. Oyandım, dərhal Brillianta zəng etdim. Məni sakitləşdirdi ki, narahat olmayım. Səhər oyananda isə üzücü xəbəri eşitdim ki, Brilliant zədə alıb. Əfsuslar olsun ki, hissiyatımın güclü olması bədbəxt hadisələri qarşısını almaqda heç bir rol oynamır. Allah özü bizə kömək olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB