Məşhurlar “Bollywood night”da FOTOLAR

Məşhurlar “Bollywood night”da FOTOLAR

Heydər Əliyev adına İdman Arenasında “Bollywood night” adlı konsert proqramı baş tutub. SİA-nın məlumatına görə, Hindistanın ölkəmizdəki səfirliyinin “Full House Entertainment” və Hindistanın Azərbaycandakı Assosiasiyasının təşkilatçılığı ilə keçirilən gecədə konsertdən əvvəl sərgi-yarmarka təşkil olunub.

Azərbaycan ilə Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə və bu ölkənin müstəqilliyinin 70 illiyinə həsr edilən yarmarkada bu ölkəyə məxsus müxtəlif məhsullar nümayiş edilib.

Gecənin aparıcılığını Samir Bayramlı edib. Konsertdə səhnəyə Hindistanın məşhur müğənnisi Alişa Çinaya çıxıb. Ardınca isə xalq artisti Faiq Ağayev, müğənnilər Ceyhun Bakinski, Kamran Həsənli, Könül Kərimova mahnılarını səsləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə