Müğənni Aysel Əlizadənin avtomobilini soyublar. SİA-nın məlumatına görə, sənətçi bu haqda "Lider maqazin"ə açıqlamasında deyib. O bildirib ki, "Porsche" markalı maşınından güzgüləri götürüblər: "Güzgüləri çıxardıblar. Sağ-sol güzgü olmadığı üçün maşını sürmürəm. Heç vaxt maşına dəyərli nə isə qoymuram. Bunu nəzərə alsınlar. Ona görə də maşından nəsə götürməyiblər. Güzgünün özü də böyük ziyandır. Qadam-balam bununla getsin. İşi boş buraxmadım. Maşın olan yerdə kamera var. Hər şey tapılacaq. Götürüb, canı sağ olsun. Amma qanun qarşısında cavab verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB