“Bozbash pictures"i sevənlərə xoş xəbər FOTO

“Bozbash pictures"i sevənlərə xoş xəbər FOTO

Uzun müddətdir yayımı dayandırılan “Bozbash pictures” yenidən efirə qayıdır. SİA-nın məlumatına görə, bu haqda aktyor İlkin Həsəni "İnstagram" səhifəsində xəbər verib. O, foto paylaşaraq, “Şəmi müəllim qayıdır. Bu dəfə o yeni imici və cangüdənləri ilə daha amansız olacaq” sözlərini yazıb.

Teletamaşanın yeni buraxılışı noyabrın 16-dan etibarən yayımlanacaq.

Qeyd edək ki, “Bozbash pictures”də İlkin Misgərli, Elşən Orucov, Ramil Babayev, Azər Baxşəliyev, Nicat Rəhimov yer alırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə