Yaşar Cəlilovdan gözlənilən yenilik AÇIQLAMA-VİDEO

Yaşar Cəlilovdan gözlənilən yenilik AÇIQLAMA-VİDEO

Müğənni Yaşar Cəlilov uzun müddətdir üzərində çalışdığı yeni mahnısını təqdim edib. SİA-ya bu haqda ifaçının prodüseri Vüsalə Kərimova açıqlama verib: "Yaşar Cəlilovun xeyli müddətdir gözlənilən mahnısı artıq hazırdır. Bəstə "Sənin üçün" adlanır. Mahnının sözləri Fatimə Əliyevanın, musiqisi Fəqan Mahmudovun, aranjemanı Tərlan Məmmədhüseynovundur. Bəstə adından göründüyü kimi sevgiyə həsr olunub. Sənətçi bu mahnını sevənlərə həsr edir. Onu da qeyd edim ki, Yaşarın yenilikləri bununla bitmir. Belə ki, ifaçı "Sənin üçün" adlı bəstəyə klip də çəkdirəcək".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə