Xalq artisti Nazpəri Dostəliyeva kimlərə kloun deyib?-FOTO

Xalq artisti Nazpəri Dostəliyeva kimlərə kloun deyib?-FOTO
Azərbaycanda çap olunan jurnallar sırasına daha biri də qoşuldu. Söhbət bu günlərdə satışa çıxan "Simsar" jurnalından gedir. Baş redaktor İradə Nurəddinqızı SİA-ya bildirdi ki, rəhbəri olduğu jurnal, fərqliliyi və rəngarəngliyi ilə bütün mətbuat orqanlarından seçiləcək: "Jurnalın üz qabığını Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi Nazpəri Dostəliyevanın fotosu bəzəyir. İllər boyu səhnədə olan xalq artistinin bu vaxta qədər heç vaxt demədiyi maraqlı müsahibəsində "Nə qazanmışamsa, onun sayəsində qazanmışam" ismarıcının kimə ünvanladığından xəbərdar ola bilərsiniz. Həmçinin müsahibəni oxumaqla, xalq artistinin kimlərə kloun deməsini də özünüz üçün aydınlaşdıracaqsınız. "Simsar"ın səhifələrində digər maraqlı layihələrə də rast gəlmək olar. "Deməyin ki, uşağam", "Onunla bir gün"- şəkillərlə Elza Seyidcahan, "Gözəl düşünən, gözəl görər", "Karikatura", "Psixologiya", "Unudulmuşlar"- yaddan çıxan incəsənət adamları, "Sadə peşə" və başqaları. Bu jurnalımızın ilk sayı olduğu üçün ona siqnal versiya da demək olar. Gələn nömrələrdə daha maraqlı layihələrlə oxucularımızın görüşünə gələcəyik. Belə ki, maraqlı layihələrin sayı artacaq. Yeni satışa çıxmasına baxmayaraq artıq redaksiyamıza zənglər gəlir və "Simsar"ın oxucu marağına səbəb olduğunu görürük. Şüarımızı bir daha təkrarlayıram - Bizi özünüzə "Simsar" bilin"-deyə baş redaktor fikirlərini tamamladı.

Məlumat üçün bildirək ki, "Simsar" - arxaik sözü olub, yaxın insan, dost, sirdaş mənasını verir.

Bütün xəbərlər Facebook səhifəmizdə