Hollivud ulduzu Ancelina Colinin yeni eşq yaşadığı orataya çıxıb.
SİA xəbər verir ki, bir müddətdir aktyor Bred Pittin 21 yaşlı həmkarı Ello Pernellə sevgili olduğu müzakirə edilir. Bu dəfə onun keçmiş arvadının sevgi xəbərləri gündəmi zəbt edib.
Gizli mənbənin verdiyi xəbərə görə, Coli artıq bir neçə aydır adını gizli saxladığı iş adamı ilə görüşür. Onlar hətta evlənməyi planlaşdırırlar. Həmin şəxsi Pitt də tanıyır. O, Ancelinanın münasibətinə hörmətlə yanaşsa da, onların tezliklə ayrılacağını düşünür.
"Bred düşünür ki, Coli heç vaxt ailədə xoşbəxt olmayacaq. O əmindir ki, yer üzündə Ancelinanın qarşısına keçəcək kişi yoxdur. O, heç vaxt kompromisə getməyi bacarmır. Yer üzündə Colini xoşbəxt edə biləcək kişi yoxdur. Bütün gününü işinə və övladlarına sərf edir. Heç vaxt kişiyə vaxt ayıra bilmir"- deyə, mənbə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170

.jpg)


USD
EUR
GBP
RUB