Neslihan Atagül Bakıda jurnalistləri başına yığdı

Neslihan Atagül Bakıda jurnalistləri başına yığdı

Türkiyəli aktrisa Neslihan Atagül paytaxtımızın qonağıdır. SİA-nın məlumatına görə, aktrisa Bakıda media nümayəndələri ilə görüşüb. Neslihan Azərbaycanla bağlı fikirlərini bildirərək, Bakını çox sevdiyini söyləyib: "Azərbaycan çox gözəl və təmizdir. Fikirləşirəm ki, niyə mən bundan əvvəl bura gəlməmişəm. Sosial şəbəkədə mənə Azərbaycandan çox yazanlar var idi. Burada sevildiyimi bilirdim. İndi isə bunun şahidi oldum”.

Neslihan həyat yoldaşı, aktyor Kadir Doğuludan da danışıb:“İkimiz də film sahəsində çalışırıq. Ona görə də bir-birimizi başa düşürük. Heç mübahisə etmirik. Toyumuzdan bir həftə sonra çəkilişlərə qaçdım. İndi heç bir dəvəti qəbul etmirəm. Ailəmə vaxt ayırmaq istəyirəm. Bir müddət özümlə məşğul olacam, dincələcəm".

Atagül gözəllik sirrini də açıqlayıb: "Formada qalmaq üçün çoxlu su içirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə