Reperdən yenilik AÇIQLAMA-VİDEO

Reper Qurd yeni mahnısını təqdim edib. SİA-ya bu haqda ifaçının özü açıqlama verib: "Yeni mahnım işıq üzü görüb. Bəstə "Milli fon" adlanır. Mahnının sözləri və musiqisi mənə məxsusdur. Bu mahnım da ritmikdir. Bəstəyə klip çəkdirəcəyəm. Artıq çəkilişlər üçün kastinglər başlayıb. Tezliklə ekran işini də tamaşaçıların ixtiyarına verəcəyəm. Əminəm ki, bu klipim də sevənlərim tərəfindən bəyəniləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə