Türkiyəli iş adamına ərə gedən aparıcımızın hamiləlik FOTOLARI

Türkiyəli iş adamına ərə gedən aparıcımızın hamiləlik FOTOLARI

Türkiyəli iş adamı ilə ailə quran aparıcı Gülnarə Məmmədova ana olacaq. SİA-nın məlumatına görə, aparıcı hamiləlik fotolarını sosial şəbəkədə paylaşıb.

Gülnarə şəkillərinə “Səni hər zaman çox istədim, gözlədim və dilədim. Çox şükür səni mənə verənə. Bunu sizinlə paylaşdığım üçün çox kövrəldim” sözlərini yazıb.

Qeyd edək ki, Gülnarə 2015-ci ildə türkiyəli iş adamı Özgürlə ailə qurub. Bu onun ikinci nikahıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə