Müğənni Rəqsanə İsmayılova "İnstagram" səhifəsində heç vaxt üzünü göstərmədiyi ərinin fotolarını paylaşıb. SİA-nın məlumatına görə, şəkillərdə sənətçinin qızları Aysun və Yağmur da yer alıb. O, fotoya “Mənim mələklərim. Hər şeyə görə sağ ol. Nə yaxşı ki, sən mənim uşaqlarımın arxa-dayağısan” şərhini yazıb.
Qeyd edək ki, R.İsmayılova Fazilin ikinci həyat yoldaşıdır. Müğənni açıqlamasında demişdi ki, əri ilk ailəsindən ayrılıb və onunla evlənib. Fazil bəyin ilk evliliyindən iki övladı var. O, hazırda Rəqsanənin qızlarına da öz soyadını verib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB