Şəbnəm Tovuzlu bu dəfə onu seçdi FOTO

Şəbnəm Tovuzlu bu dəfə onu seçdi FOTO

Müğənni Şəbnəm Tovuzlu daha bir yeniliyi imza atacaq. SİA-ya bu haqda sənətçinin özü açıqlama verib: "Bildiyiniz kimi, bu vaxtadək bir neçə sənətçi ilə duet oxumuşam. Yenidən daha bir həmkarımla duet oxumaq niyyətindəyəm. Belə ki, ifaçı Vüsal Əliyevlə yeni duet ərsəyə gətiririk. Mahnı hazırda aranjeman olunur. Sözügedən bəstənin adını hələ ki, açıqlamayacam. Yalnız onu deyə bilərəm ki, mahnıda sevgidən bəhs olunur. Bir neçə gündən sonra duetimizi dinləyicilərin ixtiyarına verəcəyik. Ümid edirəm ki, Vüsal Əliyevlə yeni iş birliyimiz uğurlu olacaq. Dinləyicilər tərəfindən bəyəniləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə