Ötən gün müğənni Samir Dərgah qələm əhlini başına yığıb musiqisi və sözləri Çingiz Əlizadəyə aid "Çal kamanım" adlı ikinci klipinin təqdimatını keçirib. SİA-nın məlumatına görə, rejissor Aqil M.Quliyevin çəkdiyi klipi bəzi jurnalistlər tənqid, digərləri isə təriflə qarşılayıblar. Təqdimat zamanı ən çox tənqid olunan isə klipmeyker Aqil.M. Quliyev olub. Klipmeyker təqdimata nə az, nə çox düz 1 saat gecikib.
Klip nümayiş ediləndən sonra jurnalistlərdən biri klipdəki kadrların əsməsinin rejissorun qeyri-peşəkarlığından irəli gəldiyini deyib. Aqil isə açıqlama verməkdən imtina edib, bu isə müxbirlə mübahisəyə gətirib çıxarıb. Çox keçmədən oxşar mübahisə aktyor Çingiz Əhmədovla daha bir jurnalist arasında yaşanıb. Müxbir Çingizin klipdə rolunu inandırıcı və yaxşı ifa etmədiyini bildirib. Bu isə aktyoru bərk əsəbləşdirib: "Mən Nəsibə Zeynalova kimi sənətkarın ailəsində göz açmışam. Sənətə küçədən gəlməmişəm. Məni tənqid etməyə hər adamın cəsarəti çatmaz",- deyə Çingiz açıqlama verib.
Təqdimat zamanı Samir şou-biznesin babası olması ilə bağlı səslənən fikirlərə də aydınlıq gətirib. İfaçı bildirib ki, bu kimi söhbətlər onun ilk "Son istək" klipindən sonra yayılıb.
Xatırladaq ki, klipdə əməkdar artistlər Çingiz Əhmədov, Lətifə Əliyeva və digərləri çəkiliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB