Hind rəqslərinin mahir ifaçısı, populyar Azərbycan rəqqasəsi Oksana Rəsulova ilə reper Elşad Xoseni məclislərin birinə eyni vaxtda, əl-ələ, qol-qola gəldiklərinin şahidi olduq. Cütlük münasibətlərində, xüsusilədə rəqs meydançasındakı rəqslərində elə istilik nümayiş etdirirdilər ki, onları görənləri istər-istəməz bir sual maraqlandırırdı. Görəsən, rəqqasə və reper arasında sevgi toxumları nə vaxtdan səpilib? Sualı eşidən kimi, təkzib edən Oksana, reperi dost kimi çox istəyini dilə gətirdi: "İnanın şəxsi həyatımla bağlı o qədər şaiyələr eşidirəm ki, artıq bunlar mənim üçün adiləşib. Elşada gəldikdə isə biz dostuq və ikimiz də bu məclisə dəvət olunduğumuz üçün birlikdə gəlmişik. Yəni, o, mənə görə gəlməyib. Rəqs etməyimiz də qəribəlik görmədim. Açığı utancaq olduğu üçün demək olar ki, Xose Azərbaycan milli rəqslərini oyanaya bilmir. Elə mən də ondan geri qalmıram(gülür). Desinlər mənə, hind rəqslərini peşəkarcasına elə ifa edim ki, qarşımda heç kim dayana bilməsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB