Faiq Ağayevin meneceri ondan ayrıldı

Faiq Ağayevin meneceri ondan ayrıldı

Azərbaycanın xalq artisti Faiq Ağayevin meneceri Natəvan Mirzəyeva işindən ayrılıb. Bu barədə SİA-ya müğənninin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, yaxın vaxtlarda ailə qurmağa hazırlaşdığı üçün bu qərara gəlib. Onun işini bundan sonra Səyyarə Mirzəyeva davam etdirəcək.

Onu da qeyd edək ki, Natəvan Mirzəyeva bildirib ki, bundan sonra ehtiyac yaranarsa, Faiq Ağayevə əlindən gələn köməyi əsirgəməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə